Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
379
11.04.2025, 18:36
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) başçısı Ekrem İmamoğluya qarşı cinayət işinin ilk məhkəmə iclası keçirilib. O, yanvarın 20-də qatıldığı tədbirdə İstanbul Baş Prokuroru Akın Gürlek və ailəsi ilə bağlı dediklərinə görə hakim qarşısına çıxarılıb.
Oxu24.com-un verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.
Silivridə keçirilən ilk iclasda İmamoğlu, vəkilləri, həyat yoldaşı Dilek İmamoğlu və CHP nümayəndə heyəti iştirak edib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu məhkəmədəki çıxışında belə deyib:
"Həm ölkəmiz, həm də millətimiz adına bu prosesin ədalətli qərarlarla nəticələnməsini arzulayıram. Bu gün buradayam və istər-istəməz öz-özümə - "niyə buradayam?" - deyə sual verirəm. Cavabını tapmaqda da çətinlik çəkmirəm. Bu proses məndə narahatlıq doğurur. Ulu türk milləti adından, türk ədalətindən düzgün qərarlar gözləyirəm. İnsanlar yaşayır ki, dövlət yaşasın. Əlbəttə, siz ədalət naminə burada oturursunuz, amma mən də bu ölkənin və dünyanın ən qədim şəhərlərindən birinin - göz bəbəyimiz İstanbulun bələdiyyə sədri olaraq buradayam. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı danışacağam, amma ilk növbədə maraqlanıram - mən niyə buradayam? Mən üç dəfə seçki qazanmış bir insanam.
Həyatım boyunca heç vaxt kimisə təhdid etməmişəm. Baş prokurordan görüş üçün həftələrlə vaxt istədim, lakin mənə görüş verilmədi. Mən onu ifadə azadlığı çərçivəsində tənqid etmişəm. Bunu təhdid kimi qiymətləndiriblər. Mən kimi təhdid etmişəm? Belə bir şey ola bilərmi? Açıq-aşkar təhdid deyirlər, bu necə açıq-aşkar təhdid adlandırıla bilər? Bu ifadə azadlığıdır. Mən özümü Ulu Türk ədalətinə əmanət edirəm", - deyə o bildirib.
Həmçinin oxuyun
İddianamədə isə bildirilir ki, İmamoğlunun çıxışı təkcə tənqidi olmayıb, hakim Akın Gürleki və ailəsini hədəf göstərmə məqsədi daşıyıb. Onun ifadələri "ifadə azadlığı" çərçivəsində deyil, təhqir və təhdid olaraq qiymətləndirilib. İmamoğlunun digər çıxışlarında isə "ədalətli mühakiməni təsir altına almaq" cəhdləri kimi dəyərləndirilib.
Qeyd edək ki, İmamoğlu barədə "vəzifəli şəxsin xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ictimai təhqir", "təhdid" və "terrorla mübarizədə iştirak etmiş şəxsləri hədəfə göstərmək" ittihamları ilə 7 il 4 aya qədər azadlıqdan məhrum edilməsi, səsvermə və seçilmək hüququndan məhrum edilməsi və dövlət vəzifəsində işləməsinə qadağa qoyulması tələb olunur.
Növbəti iclas iyunun 16-da keçiriləcək
15:58 / 13 Dekabr 2025
18
15:47 / 13 Dekabr 2025
16
15:39 / 13 Dekabr 2025
31
15:08 / 13 Dekabr 2025
1043
14:50 / 13 Dekabr 2025
45
14:38 / 13 Dekabr 2025
68
14:28 / 13 Dekabr 2025
63
14:22 / 13 Dekabr 2025
58
14:12 / 13 Dekabr 2025
195
13:14 / 13 Dekabr 2025
699
13:07 / 13 Dekabr 2025
385
12:58 / 13 Dekabr 2025
242
12:16 / 13 Dekabr 2025
1033
12:08 / 13 Dekabr 2025
116
11:44 / 13 Dekabr 2025
78
11:30 / 13 Dekabr 2025
97
11:09 / 13 Dekabr 2025
936
11:07 / 13 Dekabr 2025
413
10:25 / 13 Dekabr 2025
1133
09:15 / 13 Dekabr 2025
883
09:06 / 13 Dekabr 2025
812
08:45 / 13 Dekabr 2025
138
08:37 / 13 Dekabr 2025
162
00:28 / 13 Dekabr 2025
162
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.